Bakı. Humay Ağacanova - Trend:
İmtahanlarda istifadə olunan sualları hazırlamaq çox mürəkkəb prosesdir. Bu səbəbdən sual kitabçaları imtahan verən şəxslərə verilmir.
Trend-in məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bir müddət öncə sual kitabçasının görüntülərini sosial şəbəkədə paylaşan şəxsin kimliyi məlum oldu və onun imtahan nəticəsi ləğv edildi.