...

Azərbaycanda təhsili distant keçən məktəb və siniflərin sayı açıqlanıb

Cəmiyyət Materials 28 Fevral 2022 09:18 (UTC +04:00)
Azərbaycanda təhsili distant keçən məktəb və siniflərin sayı açıqlanıb

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda hazırda təhsili distant qaydada davam etdirən məktəb və siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə 1 məktəb distant təhsildədir.

Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 40-dır.

Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti