...

Televiziya kanallarında aparılan dil monitorinqlərinin nəticəsi açıqlanıb (FOTO)

Cəmiyyət Materials 2 Mart 2022 11:34 (UTC +04:00)
Televiziya kanallarında aparılan dil monitorinqlərinin nəticəsi açıqlanıb (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Televiziya kanallarında aparılan monitorinqlər zamanı 6000 dil qüsuru qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qeydə alınan dil qüsurlarından 4753-ü hesabata daxil edilib.

"Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir", - G.Əmirova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti