...

Nərimanov rayonunda dörd küçə təmir edilir (FOTO)

Cəmiyyət Materials 10 Mart 2022 10:50 (UTC +04:00)
Nərimanov rayonunda dörd küçə təmir edilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində hazırda ümumi uzunluğu 1161 metr olan 4 küçədə təmir işləri aparılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, həmçinin uzunluğu 286 metr, eni 10 metr olan Mərdanov qardaşları küçələridir.

Aparılan işlər çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.

Hazırda təmir işləri Nərimanov rayonu Ağadadaş Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində aparılır.

Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq işlər son mərhələ üzrə icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti