...

Altıgünlük məktəblərdə martın 19-u dərs olacaq - Nazirlik

Cəmiyyət Materials 14 Mart 2022 15:52 (UTC +04:00)
Altıgünlük məktəblərdə martın 19-u dərs olacaq - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Altıgünlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş (dərs) günü martın 19-da olacaq.

Trend-un məlumatına görə bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü martın 28-i, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti