...

Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Mart 2022 13:08 (UTC +04:00)
Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

Trend xəbər verir ki, mərkəzdə mərhumla vida mərasimi keçirilib.

Vida mərasimindən sonra Xalq yazıçısı I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti