...

Hərbi Tibb Fakültəsinə sənəd qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 18 Mart 2022 11:07 (UTC +04:00)
Hərbi Tibb Fakültəsinə sənəd qəbulunun vaxtı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

akı. Trend:

Məlum olduğu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənədlərin qəbulu 1-30 aprel 2022-ci il tarixlərində aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu ildən etibarən sənəd qəbulunda qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən abituriyentlərlə yanaşı, imtahanı rus dilində verən abituriyentlər də iştirak edə bilərlər.

Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris Azərbaycan dilində təşkil olunur.

Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti