...

Türkiyə Qara dəniz sularında bütün növ balıq ovunu dayandırıb

Cəmiyyət Materials 27 Mart 2022 02:08 (UTC +04:00)
Türkiyə Qara dəniz sularında bütün növ balıq ovunu dayandırıb

Bakı. Trend:

Təhlükəsizlik məqsədilə martın 26-dan etibarən Bolqarıstan və Kefken arasında Qara dəniz sularında gecə saatlarında bütün növ balıq ovu dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi bildirib.

Məlumatda bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.

Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti