...

ADPU Tələbə Gənclər Təşkilatı tanınmış taekvandoçu ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2022 12:54 (UTC +04:00)

Bakı. Trend:

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında ADPU Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən İdman və sağlamlıq klubu və İncəsənət və fiziki tərbiyə fakültəsi təşkilatının birgə təşkilatçılığı ilə “Uğurun alqoritmi” adlı görüş keçirilib.

Görüşün qonağı tanınmış taekvandoçu, İslam Həmrəyliyi, Birinci Avropa Oyunları və Dünya Kubokunun qızıl medal mükafatçısı Ayxan Tağızadə olub. O keçdiyi uğur yolunun sirrlərindən bəhs etmiş, məşğul olduğu sahəylə bağlı maraqlı məlumatları tələbələrlə bölüşüb.

Görüş diskussiya şəklində davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti