...

Azersun şəkər tozu qıtlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Cəmiyyət Materials 31 Mart 2022 16:01 (UTC +04:00)
Azersun şəkər tozu qıtlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Bakı. Trend:

Azersun Holdinq müxtəlif mətbu orqanlarda yayımlanmış şəkər tozu qıtlığı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

"Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir.

Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti