...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 6 Aprel 2022 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8 282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 715 təşkil edir.

Xəbər lenti

Xəbər lenti