...

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 11 Aprel 2022 01:35 (UTC +04:00)
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının onuncu günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də Bakıda imsak saat 04:40-da, iftar isə saat 19:29-dadir.

Ramazan ayının 10-cu gününün duası:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti