...

UNEC-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2022 19:25 (UTC +04:00)
UNEC-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Qoşulmama Hərəkatı barədə tələbələrə məlumat verib. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulduğunu bildirib. Qısa müddət ərzində ölkəmizin Qoşulmama Hərəkatının üzvləri arasında böyük etimad və hörmət qazandığını, Azərbaycanın 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildiyini diqqətə çatdırıb.

Sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi katibliyinin rəhbəri Ceyran Cəfərova və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə Hərəkatın Gənclər Şəbəkəsinin yaradılmasının məqsədi və fəaliyyəti barədə danışıblar. Bildiriblər ki, əsas məqsəd Qoşulmama Hərəkatına üzv dövlətlərindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün vətəndaşı olduqları ölkələrin birgə və adekvat səyləri barədə fikir mübadiləsinə şəraitin yaradılmasıdır. Çıxış edənlər gələcək layihələr barədə məlumatı da tələbələrlə bölüşüblər, gəncləri bu istiqamətdə fəal olmağa dəvət ediblər.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov Qoşulmama Hərəkatının 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi dəstəkdən söz açıb. Prorektor tələbələrin Hərəkatın Gənclər Şəbəkəsində fəallığını artırmaq məqsədilə UNEC-də həmin Şəbəkənin universitet üzrə nümayəndəliyinin yaradılmasını təklif edib.

Tədbirdə Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan videoçarx nümayiş olunub.

Sonra tələbələrlə sual-cavab sessiyası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti