Bakı. Trend:
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) yeni internet saytı istifadəyə verilir. ABADA İdarə Heyətinin iştirakı ilə saytın təqdimat mərasimi keçirilib.
ABADA-dan Trend-ə verilən məlumata görə, təqdimat zamanı birliyin rəsmi internet saytının fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlandığı diqqətə çatdırılıb.
Bildirilib ki, daşıyıcıların məlumat və qərarları daha rahat əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada hazırlanıb.
Eyni zamanda rəsmi saytda beynəlxalq yükdaşımalarla bağlı qanunlar, qaydalar və beynəlxalq norvativ hüquqi aktlar da öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, www.abada.az rəsmi saytında daşıyıcların şəxsi kabinet bölməsi də yaradılıb ki, bu da müraciətlərin daha operativ həlli üçün xüsusi önəm kəsb edir. Saytda həmçinin ölkə üzrə “TIR park”ların xəritəsi, ümumi istifadədə olan yük avtonəqliyyat vasitələrinin onlayn statistikası da öz əksini tapıb.