...

Hərbi Akademiyada Azərbaycan və Gürcüstan ekspertlərinin görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2022 13:41 (UTC +04:00)
Hərbi Akademiyada Azərbaycan və Gürcüstan ekspertlərinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, STANAG NATO-nun standartlaşdırma sənədidir və üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələbinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti