...

Azərbaycanda hazırda keyfiyyət təminatı alan distant təhsil proqramı yoxdur - Emin Əmrullayev

Cəmiyyət Materials 4 May 2022 12:53 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hazırda keyfiyyət təminatı alan distant təhsil proqramı yoxdur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimində jurnalistlərə açıqlamasında deyib.

E.Əmrullayev bildirib ki, bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə iş aparılır:

"Distant təhsil tədrisin bir formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqinki zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunan standartlar çərçivəsində etməyi düşünürük" - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti