...

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

Cəmiyyət Materials 16 May 2022 09:24 (UTC +04:00)
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə Trend-ə AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti