...

Yeni əlillik meyarları bu günədək pensiya alanlara təsir etməyəcək - Nazirlik

Cəmiyyət Materials 27 May 2022 11:30 (UTC +04:00)
Yeni əlillik meyarları bu günədək pensiya alanlara təsir etməyəcək - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün fərq yaratmayacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, bu günə qədər əlilliklə bağlı pensiya alan şəxslər ödənişlərini eyni qaydada alacaqlar.

"İndiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək. Əlilliyi müddətsiz olanlar yenidən dəyərləndirməyə cəlb olunmayacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti