...

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 27 May 2022 19:53
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunda, “Ağıllı kənd”də Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə TƏBİB-dən Trend-ə bildirilib.

Qeyd edilib ki, Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.

Eyni zamanda, tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.

Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yardılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məslətləşmələr aparmaq imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti