...

Pedaqoji Universitetdə "Müstəqillik tarixi” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 28 May 2022 17:10 (UTC +04:00)
Pedaqoji Universitetdə "Müstəqillik tarixi” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “ON1000” proqramı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tarixi” adlı tədbir keçirilib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU TGT sədri Təhmasib İmaməliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, milli dövlətçilik tariximizin tələbələr arasında təbliği təşkilatın əsas prioritetlərindəndir.

Bakı şəhəri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhəri Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhəri Səabil Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də öz çıxışlarında tələbələrin vətənpərvərlik ruhunun artırılması istiqamətində görülən işlərin vacibliyindən, bu baxımdan müvafiq rayonların ərazilərində tədris korpusları yerləşən Pedaqoji Universitetin xüsusilə fəal olduğunu, Universitetin tələbə təşkilatlarının hər zaman gənclər və idman idarələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıblar.

Qeyd olunub ki, 28 may müasir Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi kimi xüsusi rola malikdir. 1991-ci ildə yenidən öz müstəqilliyini qazanan Azərbaycan Respublikası özünü 1918-ci ilin 28 mayında yaranmış şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və 28 may günü dövlət səviyyəsində bayram kimi qeyd olunmağa başlanıldı.

Tədbirin bədii hissəsində videoçarx nümayiş olunub, şeirlər səsləndirilib. Musiqili hissədə isə Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyeva, solist Məhərrəm Həsənov, Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Çeşmə” folklor qrupu və qrupun solisti Nəzrin Məlikovanın ifaları və universitetin istedadlı tələbələrinin rəqs nömrələri nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti