...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 İyun 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 909 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 182, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 243, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 158 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 739 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 522, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 291 960, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 146 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti