...

“Qış parkı”nda yeraltı piyada keçidinə su sızıb

Cəmiyyət Materials 20 İyun 2022 13:59 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, əraziyə agentliyin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti