...

Oxçuçayın çirklənməsi gündəmin vacib məsələlərindən biridir - Həbib Mikayıllı

Cəmiyyət Materials 29 İyun 2022 15:29 (UTC +04:00)
Oxçuçayın çirklənməsi gündəmin vacib məsələlərindən biridir - Həbib Mikayıllı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Zəngilan. Trend:

Oxçuçayın çirklənməsi gündəmin vacib məsələlərindən biridir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı Zəngilanın Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Oxçuçayın ekoloji vəziyyəti işğalda olduğu 30 il ərzində Ermənistan ərazisindəki müəssisələr tərəfindən çirklənməsi nəticəsində kəskin pisləşib.

"Təəssüf ki, bu prosesə hətta bir beynəlxalq şirkət də cəlb olunmuşdu. Bu gün Azərbaycan müasir tarixinin ən irimiqyaslı bərpa proseslərindən birini reallaşdırır ki, bura həm də su ehtiyatlırının idarə olunmasının təkmilləşdirilməsi də aiddir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti