...

PAŞA Bank və Müasir Təhsil Kompleksi arasında əməkdaşlıq! (FOTO)

Cəmiyyət Materials 30 İyun 2022 14:45 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə əməkdaşlıq müqaviləsinə imza atmışdır. Yeni əməkdaşlığa əsasən artıq “PAŞA Bank Miles&Smiles” müştəriləri Müasir Təhsil Kompleksində təhsil haqqı ödənişlərindən əlavə 1 mil qazanacaqlar.

Belə ki, “PAŞA Bank” və “Türk Hava Yolları”nın eksklüziv olaraq təqdim etdiyi “PAŞA Bank Miles&Smiles” kartı ilə müştərilər ticarət və xidmət obyektlərində nağdsız ödənişlər edərək mil qazanmaq və toplanan milləri “Star Alliance”a üzv 26 aviaşirkətin (“THY”, “Lufthansa, “LOT” və s.) biletinə çevirmək imkanı əldə edir.

Bundan başqa, kartın geniş partnyor şəbəkəsindən “PAŞA Bank Miles&Smiles” kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da mövcuddur. Həmçinin, “PAŞA Bank Miles&Smiles” kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı müxtəlif endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.

Ətraflı məlumat və sifariş üçün keçid edin: https://miles.pashabank.az/az/pashabank-miles-smiles

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti