...

Azərbaycanda evini kirayə verən bəzi insanlar saxtakarlıq edir - AÇIQLAMA

Cəmiyyət Materials 30 İyun 2022 15:39 (UTC +04:00)
Azərbaycanda evini kirayə verən bəzi insanlar saxtakarlıq edir - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda istirahət etmək istəyənlər əsasən turizm üzrə ixtisaslaşmış rayonlara üz tuturlar. İnsanların çoxu istirahətə gedəcəyi yerdə məskunlaşacağı yeri əvvəlcədən ev elanları saytları üzərindən sifariş edir. Bəzən onlayn sistemlərdə kirayə üçün qoyulan evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqlar olur.

Belə halların qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib ki, belə halların qarşısını almaq çətindir.

Onun sözlərinə görə, bəzi dələduz şəxslər elan verdikləri saytları da aldadırlar.

"Bəzi kirayə üçün elan verilən evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqların olması hallarına rast gəlinir. Belə ki, saytlarda düzgün şəkillər qoyulmur, turistlər oraya gəldikdə sanitar-gigiyenik vəziyyətin yaxşı olmadığını görürlər. Belə hallarla xarici və yerli turistlər üzləşib. Dələduzluqla üzləşən şəxslər elan verilən saytlar üzərindən şikayət etsələr yaxşı olar. Bizim apardığımız monitorinqlər nəticəsində bir neçə belə halın qarşısını alınıb və nəticədə həmin ev elanları saytlardan yığışdırılıb", - deyə Ə. Qurbanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti