...

Xaçmaz rayonunda polis əməkdaşlarının peşə bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 2 İyul 2022 12:08 (UTC +04:00)
Xaçmaz rayonunda polis əməkdaşlarının peşə bayramı qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər. Azərbaycan polisi İctimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaq.

Tədbirdə çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri polis işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti