...

Bakı aeroportuna “Korean Air” aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2022 00:15 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Hazırda hava gəmisinə baxış keçirilir, baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti