Bakı. Trend:
Avrora Qrup korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır. Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar yardım aksiyası keçirmişdir. Yardım aksiyası zamanı Qızıl Aypara Cəmiyyətində qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat məhsulları və qurban əti çatdırılmışdır.
Məlumat üçün bildirək ki, Avrora Qrup 2022-ci ildə təkcə Qurban Bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 400-dən çox ailəyə də ərzaq yardımı göstərmişdir.