...

Səudiyyə Ərəbistanında meymunçiçəyinə ilk yoluxma faktı aşkar edilib

Cəmiyyət Materials 15 İyul 2022 02:38 (UTC +04:00)
Səudiyyə Ərəbistanında meymunçiçəyinə ilk yoluxma faktı aşkar edilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Səudiyyənin mətbuat agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.

O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti