...

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsi ilə bağlı yeni qərar qəbul etdi

Cəmiyyət Materials 18 İyul 2022 09:54 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsi ilə bağlı yeni qərar qəbul etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya Məhkəməsinin Plenumu Şuşa şəhərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti