...

QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2022 22:26 (UTC +04:00)
QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.

Trend xəbər verir ki, ictimai müzakirədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Agentliyin Müşahidə Şurasının üzvləri və qeyri-hökumət təşkilatları iştirak ediblər.

Müzakirəyə açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva mövzunun vacibliyini vurğulayaraq, bildirib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik sənədlərinin zamanın tələbinə uyğun təkmilləşdirilməsi olduqca vacib məsələdir. Əminik ki, bu gün Agentliyin təşkilatçılığı ilə keçirilən ictimai müzakirə QHT fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daha da təkmilləşdirilməsində faydalı olacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, ölkədə hüquqi dövlət quruculuğu sahəsində atılan addımlar, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranması qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkminləşdirilməsini zəruri etmişdir. V.Quliyev ictimai müzakirənin əhəmiyyətini qeyd edərək, iştirakçılar tərəfindən səsləndirilən bütün təkliflərin təhlil ediləcəyini bildirmişdir.

Çıxış edən Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov bildirib ki, Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir.

Sonda Agentliyin Müşahidə Şurasının üzvləri - İsrayıl İsgəndərov, Zaur İbrahimov, Günel Səfərova, Nurəddin Mehdiyev, QHT rəhbərləri - “Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin sədri Samir İsayev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birliyin sədri İlqar Hüseynli, “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin sədri Əhməd Abbasbəyli, “İctimai İştirakçılığın Dəstəklənməsi” ictimai birliyin sədri Şaban Nəsirov, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri Cəsarət Hüseynzadə, “MG Consulting Azerbaijan” ictimai birliyin sədri Məhəmməd Quluzadə, “İnsan Haqları Klubu” ictimai birliyin sədri Rəsul Cəfərov, “Hüquqi Təşəbbüslər Mərkəzi” ictimai birliyin sədri Ziya Quliyev, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyin sədri Səadət Bənənyarlı tədbirdə çıxış edərək bildiriblər ki, qanunvericilikdə edilən yeniliklər vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti