...

Baş Prokurorluq Zaqatala sakininin müraciətini nəzarətə götürüb

Cəmiyyət Materials 20 İyul 2022 15:11 (UTC +04:00)
Baş Prokurorluq Zaqatala sakininin müraciətini nəzarətə götürüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.

Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti