...

Azərbaycanda 357 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 28 İyul 2022 20:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 357 yeni yoluxma faktı qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9 744 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir.

Ölkədə son sutka ərzində 3 219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti