...

“PAŞA Bank” 6-cı Yay düşərgəsinin tərəfdaşı olub (R)

Cəmiyyət Materials 29 İyul 2022 17:00 (UTC +04:00)
“PAŞA Bank” 6-cı Yay düşərgəsinin tərəfdaşı olub (R)

Trend-i buradan izləyin

Bakı. Trend:

“PAŞA Bank” 6-cı Yay düşərgəsinin tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu və sosial layihələrin təşəbbüskarı olan “PAŞA Bank” ADA Universiteti və ADA Fondu tərəfindən 7-ci dəfə təşkil olunan Yay düşərgəsinin tərəfdaşı kimi çıxış edib.

Yay düşərgəsinin əsas məqsədi məktəblilərə fərqli sahələrdə biliklərini genişləndirməyə, dünyagörüşlərini artırmağa şərait yaratmaq, eləcə də yeni dostlar qazanmalarına və yay tətilini səmərəli keçirmələrinə kömək etmək olub.

İnteraktiv şəkildə hazırlanmış proqram çərçivəsində məktəblilər üçün mühazirələr, əyləncəli oyunlar, seminarlar, sahə gəzintiləri, ekskursiyalar, təqdimatlar, sərgilər və idman məşğuliyyətləri hazırlanıb.

Düşərgənin böyük rəğbətlə qarşılanan hissəsi müxtəlif sahələrdə çalışan peşəkarların məktəblilərlə görüşərək öz istiqamətlərinə dair maraqlı məqamları paylaşması olub. “PAŞA Bank”ın Marketinq kommunikasiyası şöbəsinin əməkdaşları Zamin Namazov və Vüqar Bünyadzadə da məktəblilərlə öz təcrübələrini bölüşənlər sırasında yer alıblar. Zamin Namazov rəqəmsal marketinq istiqaməti barədə mühüm məqamlara toxunub. Vüqar Bünyadzadə isə veb-saytların yaradılması və idarə edilməsinə dair məlumatlarla çıxış edib.

“PAŞA Bank” 6-cı Yay düşərgəsinin tərəfdaşı olub

Qeyd edək ki, “PAŞA Bank”ın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın idarə heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti