...

Azərbaycanda 373 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 29 İyul 2022 18:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 798 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9 746 nəfər vəfat edib, aktiv xəstə sayı 2 209 nəfərdir.

Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti