...

Yeddi ayda Dövlət Əmək Müfəttişliyinə 7149 şikayət daxil olub

Cəmiyyət Materials 8 Avqust 2022 16:31 (UTC +04:00)
Yeddi ayda Dövlət Əmək Müfəttişliyinə 7149 şikayət daxil olub

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 7149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4521 məktub araşdırılaraq cavablandırılıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hesabat Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 6042 vətəndaş fərdi qaydada qəbul edilib.

Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti