...

Azərbaycan gimnastı İvan Tixonov V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb

Cəmiyyət Materials 11 Avqust 2022 22:33 (UTC +04:00)
Azərbaycan gimnastı İvan Tixonov V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb

Konya.Trend:

Azərbaycan gimnastı İvan Tixonov V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in cümə axşamı verdiyi məlumata görə, gimnastika üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü İvan Tixonov turnik üzərində hərəkət proqramında üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün Azərbaycan idmançıları atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-oxatma, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti