...

Vətən müharibəsi şəhidi Ruslan Sadıqovun ailəsi ziyarət edilib

Cəmiyyət Materials 17 Avqust 2022 18:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Sadıqov Ruslan Amiraslan oğlunun valideynlərini ziyarət ediblər.

Görüş zamanı Ombudsmanın nümayəndələri ailənin qayğıları ilə maraqlanıblar. Görüşdə həmçinin Ombudsman Səbinə Əliyeva tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşıldığı bildirilib, bu sahədə həyata keçirilən fəaliyyət haqqında məlumat verilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ruslan Sadıqov "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti