...

Buzovna çimərliyində qanunsuz tikililərin sökülməsi davam etdirilir (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2022 09:40 (UTC +04:00)
Buzovna çimərliyində qanunsuz tikililərin sökülməsi davam etdirilir (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz tikililərin söküntü prosesləri davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Buzovna çimərliyinin ərazisində Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi gedir.

Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.

Birlikdən bildirilib ki, ərazidə həm texnika, həm də canlı qüvvə çalışır. Söküntü prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti