Bakı. Trend:
Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib.
Trend xəbər verir ki, xalq artistinə mümkün ilkin müayinələr
göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin
növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb
müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi
planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi
üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun
olaraq qərar veriləcək.
Qeyd edək ki, xalq artisti həmçinin uzun illərdir şəkər
xəstəliyindən əziyyət çəkir.
Bildirək ki, sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir.