...

Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 min nəfəri keçib

Cəmiyyət Materials 1 Sentyabr 2022 00:55 (UTC +04:00)
Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 min nəfəri keçib

Bakı. Trend:

Dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 50 mini keçib. Son yeddi gündə bu xəstəliyə 6 mindən çox yeni yoluxma halı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, indiyədək xəstəlikdən 50 496 nəfər yoluxub, 16 nəfər ölüb. Son yeddi gündə üç ölüm də daxil olmaqla 6 029 yeni yoluxma hadisəsi qeydə alınıb.

Ən çox yoluxma halı ABŞ-da (17,994) qeydə alınıb. İlk onluğa İspaniya (6543), Braziliya (4693), Fransa (3547), Almaniya (3467), Böyük Britaniya (3413), Peru (1463), Kanada (1228), Niderland (1160) və Portuqaliya (846) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti