...

Azərbaycan hərbçiləri Laçında xidmət aparır, ərazilər minalardan təmizlənir (FOTO/VİDEO)

Cəmiyyət Materials 1 Sentyabr 2022 12:09 (UTC +04:00)
Azərbaycan hərbçiləri Laçında xidmət aparır, ərazilər minalardan təmizlənir (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Laçın. Trend:

Bu gün yerli media nümayəndələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə səfər ediblər.

Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri əraziləri minalardan təmizləyir, hərbi polis ərazidə xidmət aparır.

Trend TV-nin çəkiliş qrupu minalardan təmizlənmə prosesini lentə alıb və xidmət aparan hərbçilərin fikirlərini öyrənib.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti