...

Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq - "Azərişıq" ASC

Cəmiyyət Materials 5 Sentyabr 2022 22:44 (UTC +04:00)
Lənkəranda elektrik enerjisinin verilişi 1 saat ərzində bərpa olunacaq - "Azərişıq" ASC

Bakı. Trend:

Lənkəranda güclü külək səbəbindən elektrik enerjisinin verilişindəki fasilə 1 saat sonra bərpa olunacaq.

Trend-in məlumatına görə, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra qurum əməkdaşları qəza baş verən əraziyə baş çəkib.

Hazırda birqadalar qəza yerində çalışır.

Qarşıdakı 1 saat ərzində elektrik enerjisi təchizatı bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti