...

Cənubi Qafqazda sülh prosesi - “Əsas məsələ”də MÜZAKİRƏ

Cəmiyyət Materials 26 Sentyabr 2022 22:14 (UTC +04:00)

Bakı. Trend:

...İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. Bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına və münaqişənin təsirinə məruz qalmış ərazilərdə dinc həyatı təmin etməyə imkan yaratmaqdır. Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdıb...

Trend-in məlumatına görə, Elnar Mməmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Cənubi Qafqazda sülh prosesi, xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 77-ci sessiyasında səsləndirdiyi fikirlər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Cavid Osmanov - Milli Məclisin deputatı, Razi Nurullayev - Milli Məclisin deputatı, Amid Əliyev – politoloq və Rauf Arifoğlu - "Yeni Müsavat" Media Qrupunun rəhbəri, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: https://youtu.be/5pywmp4z2q4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti