...

ƏƏSMN-də çalışan şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 15:29 (UTC +04:00)
ƏƏSMN-də çalışan şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümumilikdə 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Anım günü ilə əlaqədar nazir Sahil Babayev həmin əməkdaşlarla görüş keçirib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım gününə həsr olunan videoçarx nümayiş olunub.

Nazir bildirib ki, bu gün xalqımızın şanlı qəhrəmanlıq tarixi olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin başlanmasının ikinci ildönümüdür. Vətən müharibəsində hərbçilərimiz dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirdi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azad etdi.

Nazirliyin 92 əməkdaşının ailə üzvlərinin şəhidlik zirvəsinə ucaldığını bildirən S.Babayev bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan 170 əməkdaş Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfələrini veriblər. Eyni zamanda, Nazirliyin müxtəlif vəzifələrdə çalışan 72 əməkdaşı - I Qarabağ müharibəsinin iştirakçısıdır.

S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının böyük əksəriyyəti Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunublar. Onlardan bir qismi hətta 2-3 medala, bəziləri isə 5 və daha artıq medala layiq görülüb. Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ümumilikdə 418 medalla təltif ediliblər.

Görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin atası, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əbdül Noçuyev, şəhid Murad Məmmədovun həyat yoldaşı, DOST Agentliyinin əməkdaşı Aysel Məmmədova onlara dövlət tərəfindən göstərilən qayğıdan razılıqlarını bildirib, Vətən müharibəsi iştirakçısı, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Vüsal Hətəmov və başqaları doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Anım günü ilə əlaqədar Nazirlik əməkdaşları həmçinin II Şəhidlər Xiyabanını ziyarət edib, saat 12-də şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti