...

Qubada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb

Cəmiyyət Materials 28 Sentyabr 2022 12:20 (UTC +04:00)
Qubada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Quba. Trend:

Qubada əlillik dərəcəsinin mərkəzləşdirilmiş qaydada əyani qiymətləndirilməsi layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov verib.

O bildirib ki, insanlara əlillik dərəcəsinin düşüb-düşmədiyinin müəyyən edilməsi üçün həkim yoxlaması təşkil ediləcək:

"Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, müvəffəqiyyətlə müsbət nəticələr əldə edilərsə, tam hazır layihə kimi digər regionlarda həkim məsləhət komissiyaları fəaliyyət göstərilən tibb müəssisələrinə də təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti