...

Tıxaca görə işəgecikmə barədə qanunvericilikdə istisnalar edilməsi məqsədəuyğundur - Təklif

Cəmiyyət Materials 30 Sentyabr 2022 16:13 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda tıxacla əlaqədar işə gecikən insanlarla bağlı qanunvericilikdə istisnalar edilməsi məqsədəuyğundur.

Trend-in məlumatına görə, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Bakıda tıxac böyük bir problemə çevrilib.

“Xüsusilə, Bakının ətraf bölgələrindən gələnlər üçün ciddi tıxac problemi var. Bu baxımdan, tıxaca görə bir saat işə gecikmə məsələsi hansısa bir formada qanunvericilikdə əks olunsun. Yəni 1 saat gecikməyə görə vətəndaşa istər dövlət, istərsə də özəl müəssisələrdə problem yaradılmasın”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti