...

Nərimanov rayonunda küçə təmir olunur (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Oktyabr 2022 13:58 (UTC +04:00)
Nərimanov rayonunda küçə təmir olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 450 metr uzunluğa malik Tələt Şıxəliyev küçəsində aparılır.

Aparılan təmir çərçivəsində küçə boyu zəruri olan yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyününüst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Anoloji təmir işləri hazırda 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluqları 4320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti