...

Bakıda 3 metrostansiyada girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb

Cəmiyyət Materials 3 Oktyabr 2022 15:54 (UTC +04:00)
Bakıda 3 metrostansiyada girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu.

Bakı metropolitenindən Trend-ə bildirilib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb.

"Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti