...

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 223 mənzil təklif edir

Cəmiyyət Materials 7 Oktyabr 2022 15:35 (UTC +04:00)
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 223 mənzil təklif edir

Trend-i buradan izləyin

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 223 tam təmirli mənzil əlavə edilib.

O cümlədən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 36 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 187 mənzil təklif olunur.

Şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 17 oktyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, 2020-ci ildən indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmindən 2 491 ailə faydalanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti